HƏYACANLI XƏBƏRDARLIQ: COVID-26 və COVID-32 ilə qarşılaşa bilərik

6 İyun 2021 02:38 Problem 1 342
HƏYACANLI XƏBƏRDARLIQ: COVID-26 və COVID-32 ilə qarşılaşa bilərik

Koronavirus və yoluxucu xəstəliklər üzrə amerikalı mütəxəssis Piter Hotez COVID-19-un mənşəyinin diqqətlə öyrənilməli olduğunu açıqlayıb.

Sportinfo.az xəbər verir ki, o əks halda bəşəriyyətin COVID-26 və COVID-32 ilə qarşılaşa biləcəyini deyib:

“Bu, 21-ci əsrdə (SARS və MERS-dən sonra) üçüncü böyük koronavirus epidemiyası və ya pandemiyadır. İndiki ardıcılın üçüncüsüdür.

Ana təbiət bizə nələrin baş verəcəyini söyləyir: COVID-19-un mənşəyini tam anlamadığımız təqdirdə COVID-26 və COVID-32 də olacaq”.

Alimin fikrincə, yeni koronavirusun “yayılmasının baş verməsi”nin araşdırılması son dərəcə vacibdir. Bunun üçün virusoloqlar, epidemioloqlar və digər mütəxəssislər yenidən epidemiyanın başladığı Çinin Uhan şəhərinə göndərilməlidir.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”