Həkimlər beyin insultu keçirmiş məşqçini müayinə etdi və...

5 İyun 2021 11:40 Problem 967
Həkimlər beyin insultu keçirmiş məşqçini müayinə etdi və...

Ötən ilin noyabrında koronavirusa yoluxan Qəhrəman Əliyevin vəziyyəti ağır olaraq qalmaqdadır.

Beyin insultu keçirmiş tanınmış məşqçinin müalicəsi ev şəraitində davam etdirilir.

Mütəxəssisin yaxınlarının Sportinfo.az-a verdiyi məlumata görə, o, yaxınlarda növbəti dəfə müayinədən keçirilib. Həkimlər Əliyevin sağlıq durumunun kritik olmasını, bununla belə, gözləmək lazım gəldiyini bildiriblər.

Onlar 7 aya yaxındır komada olan futbol adamının ayılma prosesinin 2 ilədək uzana biləcəyi ehtimalı özərində dayanıb.

Çünki pasiyentin hər iki beyin yarımkürəsi təzyiq nəticəsində ciddi zədələnib, bu da digər orqanların fəaliyyətinə mənfi təsir göstərir.

Ötən müddət ərzində xeyli çəki itirən Əliyevin bədənində hərəkətsizlik səbəbindən bir neçə yara yeri əmələ gəlib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”