Daşnaklar Azərbaycana qarşı təxribat hazırlayır

18 May 00:56 Problem 720
Daşnaklar Azərbaycana qarşı təxribat hazırlayır

Erməni millətçilərini və radikalları özündə birləşdirən "Daşnaksütyun" partiyası dünyanın müxtəlif yerlərində Azərbaycana qarşı təxribatlar törətməyə hazırlaşır.

Sportinfo.az xəbər verir ki, "Daşnaksütyun"un Ermənistan bürosunun bu gün yaydığı bəyanatda ölkəmizə qarşı təxribatçı çağırışlar yer alıb.

Dünyada terrorçu təşkilat kimi ad çıxarmış “Daşnaksütyun”un çağırışında bütün resursların təxribatlar törətmək üçün cəlb olunduğu vurğulanıb.

"Daşnaksütyun" olaraq dünyanın müxtəlif ölkələrində bütün imkanlarımızı Azərbaycana təzyiq göstərmək üçün səfərbər etməyə başlayırıq.

Eyni zamanda, vətəndaşların təhlükəsizliyini öz təşəbbüsümüzlə, təşkilatlanmaqla müdafiə etməyə hazırlaşırıq",- deyə sözügedən bəyanatda bildirilib.

Sosial mediada ermənilər bunu 90-cı illərin əvvəllərində "Daşnaksütyun"un güc yolu ilə siyasi proseslərə müdaxilə etməsi ilə müqayisə edirlər. Yeni çağırışları terror təhdidləri kimi qiymətləndirənlər də var.

Digər Xəbərlər
Xəbər Lenti
22 İyun 13:50 İtaliya ilkə imza atdı
22 İyun 01:38 2 cavabsız qol - VİDEO