Prezidentdən AVRO-2020 açıqlaması gəldi: "Səylə çalışdıq"

23 Aprel 2021 21:00 Problem 479
Prezidentdən AVRO-2020 açıqlaması gəldi: "Səylə çalışdıq"

"Oyunların təhlükəsizliyini və bayram əhval-ruhiyyəsində keçməsini təmin etmək üçün təşkilatçı şəhərlər və yerli hakimiyyət orqanları ilə birlikdə səylə çalışdıq".

Sportinfo.az xəbər verir ki, bu fikirləri UEFA prezidenti Aleksander Çeferin AVRO-2020 ilə bağlı danışarkən deyib.

Sloveniyalı funksioner qitədə milli futbol bayramını qeyd etmək üçün bütün oyunlara tamaşaçıların buraxılacağından məmnunluğunu bildirib.

AVRO-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Digər Xəbərlər
Xəbər Lenti