Futbol və futbol klubları ancaq Bakıdan ibarətdir? - VİDEO

26 Fevral 2021 14:00 Problem 579
Futbol və futbol klubları ancaq Bakıdan ibarətdir? - VİDEO

Sportinfo.az xəbər verir ki,deputat Tahir Kərimli Milli Məclisin plenar iclasında ölkə futbolunun mövcud durumundan bəhs edib.

Bildirib ki, Azərbaycan futbolu yerində sayır:

“Güclülər dəstəsindəki 8 klubdan 6-sı Bakının payına düşür. Cəmi bir klub Qəbələni təmsil edir. Bəs başqa bölgələr?

Futbol və futbol klubları ancaq Bakıdan ibarətdir? Niyə ölkə futbolu yerində sayır? Niyə yerlərdə futbol, uşaq idmanı, uşaq futbolu inkişaf etdirilmir?

Mən 50-55 il bundan əvvəl küçələrdə rezin topla futbol oynadığımı xatırlayıram. Uşaq futbolunu, gənclər futbolunu, Azərbaycan futbolunu məhv etməyin! Artıq həyəcan təbili çalmaq lazımdır!”.

Deputat ölkə futboluna sponsorluq edən şirkətləri də xatlırladıb. Digər şirkətlərin də bu prosesdə iştirakını vacib sayıb.

Həmin çıxışın videosunu təqdim edirik.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda