"Neftçi" evdə "Zirə" ilə bərabərə qaldı - Yenilənib

28 Noyabr 2020 17:50 Premyerliqa 629
"Neftçi" evdə "Zirə" ilə bərabərə qaldı - Yenilənib

Bu gün Azərbaycan Premyer Liqasında 11-ci tura start verilib.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turnir cədvəlinin ilk “üçlüy”ündə yer alan “Neftçi” və “Zirə” paytaxt derbisinə çıxıb. Komandalar zirvəni ələ keçirmək uğrunda mübarizə aparıblar. Amma 90 dəqiqə ərzində tərəflərdən heç biri fərqlənə bilməyib və matç qolsuz başa çatıb.

Bu gün keçirilməli olan “Sumqayıt” – “Qəbələ” oyunu isə noyabrın 30-na təxirə salınıb. Buna qonaq komandanın futbolçularında koronavirus aşkarlanması səbəb olub.

XI tur

16:00. "Neftçi" – "Zirə" 0:0

Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Pərvin Talıbov, Rəvan Həmzəzadə

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: İlham Əliyev

“Bakcell Arena”.

Neftçi: 30. Aqil Məmmədov (k), 3. Mamadu Mbodj, 6. Voyislav Stankoviç, 7. Namiq Ələsgərov, 19. Fəhmin Muradbəyli, 20. Mert Çelik, 24. Yusuf Laval, 26. Ömər Buludov, 29. Sabir Buqrin, 36. Mamadu Kane, 91. Tallison Dias.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 2. Cabir Əmirli, 4. Rener Alves, 10. Saman Nərimancahan, 13. Prins İbara, 37. Vüsal Əsgərov, 70. Asim Əlizadə, 80. İsmayıl Zülfüqarlı.
Baş məşqçi: Samir Abasov.
Zirə: 1. Mateus Albino, 2. Sərtan Taşkın, 4. Elvin Camalov, 8. İlkin Muradov, 9. Davit Volkov, 10. Ağabala Ramazanov (k), 11. Klesio Bauk, 30. Riçard Almeyda, 32. Qismət Alıyev, 44. Dmitrios Çantakias, 77. Cəlal Hüseynov.
Ehtiyat oyunçular: 22. Rəşad Əzizli, 3. Ali Sisey, 7. Tural Bayramlı, 13. Şəhriyar Rəhimov, 17. Kayo Rangel, 21. Hacıağa Hacılı, 91. Ruslan Qurbanov, 62. Abdulla Seyidəhmədov.
Baş məşqçi: Rəşad Sadıqov.

Digər Xəbərlər
Xəbər Lenti