“Neftçi”, “Zirə“ və “Səbail“ə 200, “Sumqayıt“a 800 manat

20 Oktyabr 2020 14:50 Premyerliqa 418
“Neftçi”, “Zirə“ və “Səbail“ə 200, “Sumqayıt“a 800 manat

Bu gün AFFA İntizam Komitəsinin (İK) iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının VI turunun “Səbail” – “Keşlə” oyununda (1:1) “meydan sahiblərinin müdafiəçisi Adil Nağıyev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

“Neftçi” – “Sabah” oyununda (1:0) "ağ-qaralar"ın yarımmüdafiəçisi Mamadu Kane eyni səbəbdən 1 oyunluq diskvalifikasiya olunub. Klubu isə buna görə 200 manat cərimələnib.

“Sumqayıt” – “Zirə” matçında (2:1) "gənclik şəhəri" təmsilçisinin 5 futbolçusu sarı vərəqə aldığı üçün klub 800 manat cərimə ödəyəcək.

Həmin qarşılaşmada qonaqların yarımmüdafiəçisi Kərim Diniyev oyunun 90+3-cü dəqiqəsində “sonuncu ümid folu”na görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub isə 200 manat məbləğində cərimə olunub.

Digər Xəbərlər
Xəbər Lenti