Premyer Liqanın bərpasını müzakirə edəcək - Klublar Komitəsi

29 May 2020 23:00 Premyerliqa 638
Premyer Liqanın bərpasını müzakirə edəcək - Klublar Komitəsi

Mayın 31-də AFFA-nın təşəbbüsü ilə Klublar Komitəsinin videokonfrans formatında iclası keçiriləcək.

Sportinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, saat 12:00-da başlayacaq iclasda AFFA, PFL və Premyer Liqa klublarının rəsmiləri iştirak edəcək.

Toplantıda Premyer Liqa klublarının məşqlərinin və oyunlarının mümkün bərpası müzakirə olunacaq. İyunun 1-dən etibarən açıq havada idman yarışlarının təşkilinə icazə verilib.

Digər Xəbərlər
Xəbər Lenti