"Qəbələ"dən yeni "yol xəritəsi": Gətirək, bəyənək, sataq!

17 Yanvar 2019 18:12 Premyerliqa 645
"Qəbələ"dən yeni "yol xəritəsi": Gətirək, bəyənək, sataq!

Antalyada təlim-məşq toplanışında olan "Qəbələ" baxışa yeni legionerlər çağırıb.

Əyalət təmsilçisi Mateus Fornazari, Kayo Neves, Josiel və Vellerson da Silvanı sınaqdan keçirir. Fornazarri və Neves hücumçu, Vallersonla Josiel isə yarımmüdafiəçidi.

Onların hamısı braziliyalıdı. Sözügedən futbolçular dünən Almaniya "Meppen"i ilə yoxlama oyununda (1:2) oynamaq imkanı qazanıb.

Vellerson Almaniyanın üçüncü Bundesliqa klubuna qol vurmağı da bacarıb. Komandanın baş məşqçisi Sənan Qurbanov oyundan sonra klubun rəsmi saytına açıqlamasında deyib ki, braziliyalılara qarşıdakı oyunda da şans tanıyacaq.

"Qəbələ"dən redaksiyamıza verilən məlumata görə, yaxın günlərdə düşərgəyə Afrikadan da bir neçə futbolçunun gəlməsi gözlənilir.

Qurbanov kimləri bəyənsə, onlarla uzunmüddətli müqavilə imzalanacaq. Bu, növbəti mövsümə və ondan sonrakı illərə hesablanıb.

Perspektivli yerli gənclərin və əcnəbilərin bir müddət sonra satılması yeni strategiyanın əsasını təşkil edir.

"Qəbələ" artıq bu sahədə yetərincə təcrübəlidi. Premyer Liqanın gümüş medalçısı Təmkin Xəlilzadəni «Sabah»a 170, Hacıağa Hacılını «Qarabağ»a 200 min manata satıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti