
Çempionlar Liqasının 2024/2025 mövsümünün qalibi müəyyənləşib.
Həlledici matçda İtaliya “İnter”i Fransa PSJ-si ilə qarşılaşıb.
Münhendəki "Alians Arena"da keçirilən görüş Paris təmsilçisinin 5:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da PSJ tarixində ilk dəfə Çempionlar Liqasının qalibi olub.
Almaniyadakı mücadilənin canlı tamaşaçıları arasında həmyerlilərimiz də olub.
“Qarabağ”ın İdarə Heyətinin, eləcə də Avropa Klublar Birliyinin (ECA) İcraiyyə Komitəsinin üzvü Asif Əsgərov fəxri qonaqlar arasında yer alıb.
UEFA-nın Yarışların Keçirilməsi Komitəsinin üzvü da olan Ağdam klubunun aparıcı idarəçisi burada AFFA-nın sabiq icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədovla görüşüb.
Hazırda FİFA-da çalışan E.Məmmədov onunla şəkil çəkdirmək fürsətini qaçırmayıb.
SPORTİNFO.AZ