"Zirə" və "Turan Tovuz" qalib gəldi - YENİLƏNİB

21:25 Premyerliqa 255
"Zirə" və "Turan Tovuz" qalib gəldi - YENİLƏNİB

Premyer Liqada 2024/2025 mövsümünə bu gün iki oyunla yekun vurulacaq.

Sportinfo.az xəbər verir ki, əvvəlcə “Turan Tovuz” doğma meydanda “Kəpəz”lə qarşılaşacaq.

Tovuz şəhər stadionunda baş tutacaq və FIFA referisi Əliyar Ağayevin idarə edəcəyi görüş saat 17:00-da start götürəcək.

Turnir cədvəlinin 4-cü pilləsində yer alan Tovuz klubunun 52 xalı var. “Kəpəz” isə 32 xalla doqquzuncu yerdədir.

Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv mövsümü hazırda olduğu yerdə başa vuracaq. Gəncə təmsilçisinin isə bir pillə irəliləmək şansı var.

Mövsümün son matçı “Liv Bona Dea Arena”da “Araz-Naxçıvan”la “Zirə” arasında baş tutacaq.

Cavid Cəlilovun idarə edəcəyi görüş saat 19:30-da başlayacaq. Hazırda 71 xala malik “Zirə”nin bu matçın nəticəsindən asılı olmayaraq mövsümü ikinci yerdə bitirəcəyi dəqiqləşib.

Həmçinin 58 xalla üçüncü yerdə qərarlaşan Naxçıvan təmsilçisinin də mövqeyi dəyişməyəcək.

Turun əvvəlki oyunlarında "Sumqayıt" səfərdə "Səbail"i (4:1), "Qarabağ", "Şamaxı"nı (1:0), “Sabah” isə “Neftçi”ni (1:0) məğlub edib.

17:00. “Turan Tovuz” – “Kəpəz” 4:0

Qollar: Aleks Souza, 9, 23, Turan Manafov, 42 - avtoqol, Ayxan Hüseynov, 44

Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Kamran Əliyev.

VAR: Əliyar Ağayev.

AVAR: Akif Əmirəli.

Hakim-inspektor: Anar Salmanov.

AFFA nümayəndəsi: İlham Əliyev.

Tovuz şəhər stadionu

“Turan Tovuz”: 41. Sergey Samok 17. Rəhim Sadıxov 88. Faiq Hacıyev 11. Ayxan Hüseynov 7. İsmayıl Zülfüqarlı 9. Kristian da Silva 23. Alexandro Serrano 15. Emmanuel Hakman (k) 32. Hayderson Hurtado 40. Kauan Martins 21. Aleks Souza

Ehtiyat oyunçular: 1. İvan Konovalov 71. Mehman Hacıyev 19. Orxan Əliyev 10. Xəyal Nəcəfov 8. Tural Bayramlı 13. Fərid Yusifli 77. Veysəl Rzayev 30. Mircamal Əlizadə 5. Roderik Miller 6. Araş Qaderi 29. Anton Kraçkovski

Baş məşqçi: Kurban Berdiyev

“Kəpəz”: 1. Rojerio Santos 7. Ehtiram Şahverdiyev 12. Turan Manafov 5. Rauf Hüseynli 19. Sadiq Şəfiyev 26. Valdemar Almeyda 29. Dioqo Verdaska 78. Yeqor Xvalko (k) 28. Rati Ardazişvili 3. Mahamadu Ba 10. Karim Lkoça

Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov 18. Elgün Bayramov 2. İlkin Qırtımov 70. Nicat Süleymanov 6. Nemət Musayev 21. Camal Cəfərov 17. Ümid Səmədov 97. Nicat Məmmədov 13. Elxan Məmmədov 91. Nihad İsaqov 11. Trent Buhagiar 88. Şevroni Mabatşoev

Baş məşqçi: Azər Bağırov

19:30. “Araz-Naxçıvan” – “Zirə” 0:1

Qollar: Junior Martins, 58

Hakimlər: Cavid Cəlilov, Elşad Abdullayev, Eyyub İbrahimov, Əli Əliyev.

VAR: Nicat İsmayıllı.

AVAR: Zeynal Zeynalov.

Hakim-inspektor: Ramil Diniyev.

AFFA nümayəndəsi: Elçin Məmmədov.

“Liv Bona Dea Arena”

“Araz-Naxçıvan”: 94. Tərlan Əhmədli, 34. Urfan Abbasov (k), 3. Bəxtiyar Həsənalızadə, 26. Ömər Buludov, 16. Ramon Maçado, 21. Sezar Meza Kolli, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 8. Karlos Jatoba, 14. Miço Kuzmanoviç, 10. Bernardo Dias

Ehtiyat oyunçular: 12. Kristian Avram, 2. Slavik Alxasov, 6. Vadim Abdullayev, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 71. Sənan Ağalarov, 4. İqor Ribeyro, 97. Felipe Santos

Baş məşqçi: Elmar Baxşıyev

“Zirə”: 13. Aydın Bayramov, 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli, 29. Ceyhun Nuriyev, 4. Ruan Renato, 10. Giorgi Papunaşvili, 30. Rikardo Martins, 70. İssa Cibrila, 3. Ange Mutsinzi, 18. Junior Martins, 19. Salifu Suma

Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 99. Səlim Həşimov, 7. Məqsəd İsayev, 14. Elçin Əlicanov, 11. Rüstəm Əhmədzadə, 53 Şahmar Aşurov, 48. Ramiz Muradov, 43. Əhliman Süleymanzadə, 5. Stefan Aka, 90. Davit Volkov, 15. Pyer Zebli, 17. Ayron Qomis

Baş məşqçi: Rəşad Sadıqov

Digər Xəbərlər
Xəbər Lenti