
Avrokuboklara vəsiqə qazanmaq arzusu puç olan «Turan Tovuz»da planlar dəyişib.
«Qarabağ»ın sayəsində qitə arenasına qayıdacağına ümid edən, lakin xəyal qırıqlığına uğrayan qərb təmsilçisində bu gün iclas keçiriləcək.
Klub rəhbərliyinin və baş məşqçi Kurban Berdiyevin iştirakıyla təşkil olunacaq yığıncaqda yalnız komandanın yerli oyunçuları iştirak edəcək.
Rəsmilər rusiyalı çalışdırıcının yeni mövsümlə əlaqəli düşüncələrini onların diqqətinə çatdıracaq. Həmçinin «Baba»nın sərəncamında görmək istəmədiyi futbolçuların adları açıqlanacaq.
«Turan Tovuz» bu mövsüm uğursuzluğa düçar olub. Premyer Liqada medalçılar sırasına düşə bilməyən və yalnız dördüncü pillə ilə kifayətlənən əyalət kollektiv gözünü ölkə kubokunun finalından gələcək xəbərə dikmişdi.
Fəqət, «Qarabağ» burada «Sabah»a 2:3 hesabıyla uduzunca, onlar son ümidlərini də Sumqayıtda «dəfn» etmək məcburiyyətində qalıb.
SPORTİNFO.AZ