Millinin müdafiəçisinin “Neftçi”yə qayıtması an məsələsidir

1 İyun 22:05 Neftçi 2 996
Millinin müdafiəçisinin “Neftçi”yə qayıtması an məsələsidir

Heyəti gücləndirməyi qarşısına məqsəd qoyan “Neftçi”nin hədəfində olan ilk azərbaycanlı futbolçunun adı məlumdur.

“Ağ-qaralar” keçmiş futbolçusu Elvin Bədəlovu ağ-qara formaya qaytarmaqda maraqlıdır.

Samir Abasov klub rəhbərliyinə “Sumqayıt”dan yaxşı tanıdığı futbolçunu sərəncamında görmək istədiyi barədə qışda məlumat verib. Lakin daha öncə “kimyaçılar”la müqaviləsi olduğundan keçid baş tutmamışdı.

İndi isə Elvin azad agent statusuna malikdir. “Sumqayıt”la sözləşməsinin müddəti sona çatıb və özü də karyerasını “Neftçi”də davam etdirmək həvəsindədir.

Hazırda Azərbaycan millisinin sıralarında olan müdafiəçi paytaxt təmsilçisini seçməklə həm maddi baxımından yaxşı qazanc əldə edəcək, həm də yüksək iddialar uğrunda mübarizə aparan komandanın bir parçasına çevriləcək.

Maraq üçün bildirək ki, Bədəlov 2013-2016-cı illər aralığında “ağ-qaralar”ın heyətində 58 oyunda meydana çıxıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti