Millimizin baş məşqçisi qisasla razılaşmadı: "Qismət bu günə imiş"

2 İyun 00:50 Milli komanda 207
Millimizin baş məşqçisi qisasla razılaşmadı: "Qismət bu günə imiş"

Minifutbol üzrə Azərbaycan millisi Bakıda keçirilən dünya çempionatında final oyununa çıxıb.

Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv Macarıstanı 4:2 hesabı ilə məğlub edərək, dünya çempionu olub.

Sportinfo.az xəbər verir ki, Elşad Quliyev oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:

- İlk olaraq bütün xalqımızı təbrik edirəm. Çox gözəl qələbə oldu. Federasiya rəhbərliyini, əməyi olan hər kəsi təbrik edirəm. Möhtəşəm qələbədir. Bu hissləri yaşamaq lazımdır.

- Bundan əvvəlki çempionatda Macarıstana məğlub olmuşduz. Bu oyunu qisas kimi dəyərləndirmək olar?

- Qisas deməyək. Bu, futboldur, udmaq da olur, uduzmaq da. Qismət bu günə imiş.

- Böyük hesablı qələbə gözləyirdiz?

- Əslində bütün matçlara belə templə başlayırdıq. Bəzi oyunlarda axırıncı zərbələrimiz alınmırdı. Bu gün alındı. Ona görə də böyük hesab qeydə alındı.

Digər Xəbərlər
Xəbər Lenti