Ona görə öz futbolçusundan imtina etməyə hazırdır

1 İyun 2025 17:20 İngiltərə 930
Ona görə öz futbolçusundan imtina etməyə hazırdır

“Liverpul” hücumameyilli yarımmüdafiəçi Florian Virtsin transferi üçün “Bayer”lə danışıqlar aparır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızılar” almaniyalı vinger üçün təxminən 130 milyon avro ödəməyə, həmçinin, yarımmüdafiəçisi Harvi Elliotdan imtina etməyə hazırdır.

Bu, Leverkuzen klubunun Virtsin gedişindən 150 ​​milyon qazanmaq istəməsi ilə bağlıdır.

22 yaşlı futbolçu son mövsümdə bütün turnirlərdə 45 oyuna çıxıb, 16 qol vurub və 15 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 18:10 Çək və bizə göndər!
22 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM