Debütant 5 aydır ölkəmizdə olan ən ucuz legioneri transfer etməyə yaxındır - SON DƏQİQƏ

1 İyun 11:05 Turan 4 187
Debütant 5 aydır ölkəmizdə olan ən ucuz legioneri transfer etməyə yaxındır - SON DƏQİQƏ

«İmişli»nin yeni transfer hədəfi üzə çıxıb.

19 ildən sonra Premyer Liqaya dönən rayonun eyniadlı təmsilçisi Kauan Alexandre Martins de Paula ilə danışıqlara başlayıb.

Aranlılar son 5 ayda «Turan Tovuz»un formasını geyinən «sasbaçı»ya 6000 dollar əməkhaqqı ödəməyə hazırdır.

Qərblilər son 1 ilin ən ucuz transferinin xidmətindən imtina edib.

Braziliyalı mmüdafiəçi bu ilin yanvarında komandanın sıralarına qoşulmuşdu. Tovuz klubu ötən 5 ay ərzində Premyer Liqada 2 qola imza atan «sambaçı»ya qədər heç kimə bu qədər aşağı məbləğ ödəməyib.

Kaunanın müqaviləsi 1,5 illikdir. «Turan» tərəfi onu azad agent kimi «İmişli»yə yollamağa hazırdır.

24 yaşlı cənubi amerikalıya hər ay 4000 dollar məvacib verilib.

Sol cinah müdafiəçisi ötən ilin dekabrında «Sabah»la keçirilən kubok matçında ayağı iki yerdən sınan Denis Marandiçinin yerinə transfer olunub.

Normalda baxsaq, «Turan Tovuz» istər yerlilərinə, istərsə də əcnəbilərinə kifayət qədər iri pullar xərcləyir.

Burada aylıq 20 min dollara qədər pul qazanan legionerlər var. Məsələn, ayda, ildə 1-2 dəfə forma şansı əldə edən Araş Qadiri kimi.

«Pirasikaba»nın yetirməsi 2019-2021-ci illəri burada keçirib. Növbəti mövsümdə «Marilif»nın formasını geyinib.

2022-ci ildə «Qremio Anapolis» ilə müqavtlə imzalayıb. Bir il sonra «Narva Trans» onu sıralarına qatıb.

Estoniya klubu 34 oyunda şans verdiyi «sambaçı»nı 2024-cü ilin yayında «Pandev Akademiyası»na icarəyə verib.

Cənubi amerikalı legioner bura gələnədək Şimali Makedoniya çempinnatında 14 matça çıxıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
2 İyun 02:40 Azərbaycana gəlmədi