“Hakimlərin “Sabah”a aşkar simpatiyası hiss olunurdu”

1 İyun 23:20 Qarabağ 305
“Hakimlərin “Sabah”a aşkar simpatiyası hiss olunurdu”

Sportinfo.az xəbər verir ki, “Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadə Azərbaycan kubokunun finalında “Sabah”a uduzduqları (2:3) oyun haqda sualları cavablandırıb.

- Məğlubiyyətinizə səbəb nə oldu?

- Bəlkə də son dəqiqələrdə daha məsuliyyətli olmalı, daha çox hesabı qorumağa yönəlik oynamalı idik. Səhvlərə yol verdik. Ümumi götürdükdə azarkeşlər üçün maraqlı qarşılaşma alındı. Təəssüf ki, qələbəyə bu qədər yaxın ikən kuboku əldən verdik. Bu səhvlərdən nəticə çıxarmalıyıq ki, gələcəkdə bu cür hallar təkrarlanmasın. Çox üzücü bir məğlubiyyət oldu.

- Hakimlərin idarəçiliyini necə qiymətləndirirsiniz?

- Açığı, epizodların təkrarına baxmamışam. Ancaq oyunun içində ola-ola hakimlərin “Sabah”a aşkar simpatiyası hiss olunurdu. Epizodları izləyənlər də eyni sözləri təkrarlayırlar. Rəqibin qələbəsinə kölgə salmaq istəmirəm. Lakin düşünürəm ki, daha yaxşı idarəçilik mümkün idi.

- Mükafatlandırma mərasimində səhnəyə çıxarkən ironiyalı şəkildə hakimləri alqışlamağınız da həmin simpatiyadan irəli gəlirdi?

- Haradasa, bəli. Çünki çox xırda epizodlarda belə rəqibin xeyrinə qərar verirdilər.

- 90+6-cı dəqiqə qapınızda qol gördükdən sonra əlavə vaxtda oyuna köklənmək çətin idi?

- Xeyr. Daha əvvəllər də 120 dəqiqə mübarizə apardığımız oyunlar olub. Ona görə hər hansı təsir olmadı. Sadəcə ani diqqətsizlik əlavə vaxtda qapımızda qol görməyimizlə nəticələndi.

- Daha əvvəl də “Qarabağ”ın heyətində kubokun finalında meydana çıxmısınız. Budəfəki finalı “Qarabağ” üçün ən çətini saymaq olar?

- 120 dəqiqəlik oyun oldu. Matç həm maraqlı alındı, həm də dramatik. Təəssüf ki, sonda məğlub olduq.

- Penaltilər seriyasına hazırlaşmışdınız?

- Xeyr.

Digər Xəbərlər
Xəbər Lenti