Baş məşqçi postuna gəldi, 2 futbolçu ilə bağlı qərar verildi

1 İyun 10:40 İtaliya 657
Baş məşqçi postuna gəldi, 2 futbolçu ilə bağlı qərar verildi

“Milan”da baş məşqçi postuna Massimiliano Alleqrinin təyin edilməsindən sonra komandanın iki əsas futbolçusunun gələcəyi müəyyənləşməyə başlayıb.

Sportinfo.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, Alleqri portuqaliyalı hücumçu Rafael Leaonu toxunulmaz hesab edir və komandanı onun üzərində qurmaq niyyətindədir.

İtaliyalı mütəxəssis Leaonun liderlik potensialına malik olduğunu və daha yüksək səviyyəyə qalxa biləcəyini düşünür.

Digər tərəfdən, müdafiəçi Teo Hernandesin klubdan ayrılacağı gözlənilir.

Fransalı futbolçu “Milan” rəhbərliyi ilə yeni müqavilə şərtlərində razılığa gələ bilməyib. Klub ona illik maksimum 4 milyon avro təklif edir, ancaq futbolçu bu məbləğin ikiqatını istəyir.

“Milan” ötən mövsüm A Seriyasının turnir cədvəlində 8-ci pilləni tutaraq avrokuboklardan kənar qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 İyul 18:10 Çək və bizə göndər!