
Bakda təşkil olunan minifutbol üzrə dünya çempionatına yekun vurulub.
Sportinfo.az xəbər verir ki, finala qədər irəliləyən Azərbaycan millisi həlledici matça çıxıb.
Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv Macarıstanla üz-üzə gəlib. Oyun yığmamızın 4:2 hesablı qələbəsi ilə başa çatıb.
Millimizin heyətində qolları Təmkin Xəlilzadə, Məhəmməd Xəlilov və Rəvan Kərimov (dubl) vurub.
Buna qədər isə üçüncü yer uğrunda oyun keçirilib. Saat 18:00-da başlayan görüşdə Serbiya və Monteneqro milliləri qarşılaşıblar.
Oyunda Serbiya yığması 3:0 hesablı qələbə qazanaraq dünya çempionatını 3-cü yerdə başa vurub.
Azərbaycan - Macarıstan 4:2
Qollar: Təmkin Xəlilzadə, 2; Məhəmməd Xəlilov, 8; Rəvan Kərimov, 10, 29