“O komandanın ürəyidir”

2 İyun 15:40 İspaniya 813
“O komandanın ürəyidir”

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik komandanın ispaniyalı yarımmüdafiəçisi Pedri haqqında yüksək fikirlər səsləndirib.

Sportinfo.az “Barca Universal”-a istinadən xəbər verir ki, almaniyalı çalışdırıcı, Pedrinin daim inkişaf etdiyini bildirib:

“Rafinya dedi ki, Pedri komandanın ürəyidir? Bəli, bu doğrudur.

Pedri fantastikdir. Topa toxunduğu an əsl sehri görürsüz.

O daim inkişaf edir və öz üzərində çalışır. Xatırlayıram, “Valensiya” ilə matçda onu ikinci hissədə meydana buraxdıq və o, oyunun gedişatını tamamilə dəyişdi”.

22 yaşlı futbolçu bu mövsüm bütün turnirlər daxil olmaqla 59 matçda iştirak edib, 6 qol vurub və 8 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti