AFFA prezidenti: “Komandamız çempiona layiq çıxış etdi”

2 İyun 2025 01:10 Hadisə 472
AFFA prezidenti: “Komandamız çempiona layiq çıxış etdi”

AFFA prezidenti Rövşən Nəcəf minifutbol üzrə Azərbaycan milli komandasını Bakıda təşkil olunan dünya çempionatının qalibi olması münasibətilə təbrik edib.

Sportinfo.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Rövşən Nəcəf komandamızın turnirdə parlaq çıxış etdiyini və final oyununda yüksək performansla azarkeşləri sevindirdiyini bildirib:

“Macarıstan yığması ilə final oyununda komandamız çempiona layiq çıxış etdi. Bu mötəbər yarışın qalibi olması münasibətilə milli komandamızı ürəkdən təbrik edirəm”.

Finalda Macarıstan yığması üzərində 4:2 hesablı qələbə qazanan minifutbol millimiz dünya çempionu olub.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi