Azərbaycan klublarının maraqlandığı hücumçunun susmasının SƏBƏBİ VAR

31 May 14:40 Premyerliqa 1 547
Azərbaycan klublarının maraqlandığı hücumçunun susmasının SƏBƏBİ VAR

“Şamaxı” vacib oyunçularından birini yeni müqaviləyə razı sala bilmədi.

Bölgə təmsilçisi ilə müqaviləsinin müddəti başa çatan Leroy Mikels buradan ayrılmağı üstün tutdu.

İndi əsas suallardan biri almaniyalı vingerin karyerasını Azərbaycanın hansı klubunda davam etdirəcəyidir.

Texniki imkanları yüksək olan futbolçu ilə 2-3 yerli klub yaxından maraqlanır. Hətta müqavilə şərtlərini də irəli sürüblər.

Mikels isə tələsmək istəmir. İş burasındadır ki, almaniyalı oyunçunun ölkəmizi tərk etmək şansı var. O, Asiya təmsilçilərindən də sərfəli təkliflər alıb.

Başa çatan mövsümdə yaxşı mənada adından söz etdirən “20 nömrə” heç bir halda tələsmək istəmir. Yaşının 29 olduğunu dərk edərək maliyyə baxımından ən sərfəli variantı seçmək niyyətindədir.

Ona görə də heç bir kluba “hə” demir. Müşahidəçi mövqeyini seçərək prosesləri izləyir, klubların “ağızlarını yoxlayır”. Görsə ki, hansısa klubun təklif etdiyi maaş və qarşısında duran hədəf ürəyincədir, dərhal razılıq verəcək.

Leroy 2024/25 mövsümündə “Şamaxı”nın heyətində meydana çıxdığı 23 oyunda 5 qol və 4 assistlə yadda qalıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti