Azərbaycanlı iş adamının klubuna Premyer Liqa lisenziyası verilmədi

1 İyun 2025 11:55 Hadisə 3 094
Azərbaycanlı iş adamının klubuna Premyer Liqa lisenziyası verilmədi

Azərbaycanlı iş adamı Tufan Sadıqova məxsus "Ximki" klubuna Rusiya Premyer Liqasında oynamaq üçün lisenziyanın verilməməsinə dair qərar qüvvədə saxlanılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının mətbuat xidməti açıqlama yayıb.

Səbəb kimi "Ximki"nin lisenziyalaşdırmanın maliyyə meyarlarına əməl etməməsi göstərilib.

"Çernomorets" və "OİK-Xabarovsk" klubları da Premyer Liqada oynamaq üçün lisenziya ala bilməyib.

"Ximki" 2024/2025 mövsümündə elitada 12-ci yeri tutaraq, yerini qoruyub. Lakin futbolçulara olan borclar və maddi sıxıntılar klubun gələcəyini sual altında qoyub.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi