
Adı “Sabah”la hallanan Ruslan Rotan Azərbaycana gəlməyəcək.
Sportinfo.az xəbər verir ki, ukraynalı mütəxəssis vətəndə qalası olub.
“Aleksandriya”dan ayrılan mütəxəssis “Polissya”ya baş məşqçi təyin edilib.
Bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Onunla müqavilə 2028-ci ilin yayına kimi nəzərdə tutulub.
Ukrayna mətbuatı dünən Rotanın “Sabah”da baş məşqçi postuna namizəd olduğunu yazmışdı.
Onun Azərbaycan Kubokunun finalından sonra Aleksey Berezutskini əvəzləməsi gözlənilirdi.