Ona tapmadılar, buna tapdılar - Köhnə-yeni iş yerində əvvəlki qədər maaş alacaq

2 İyun 11:40 Kəpəz 2 589
Ona tapmadılar, buna tapdılar - Köhnə-yeni iş yerində əvvəlki qədər maaş alacaq

Adil Şükürovu geri qaytaran «Kəpəz»in yeni rəhbərliyinin köhnə-yeni baş məşqçiyə ödəyəcəyi əməkhaqqının məbləği məlum olub.

O, 9000 manat civarında maaş alacaq.

Bu təyinat ən qısa zamanda rəsmiləşəcək. Tərəflər arasında prinsipial razılıq əldə olunub.

Şükürov ilk dəfə 2023-cü ilin payızında Gəncə təmsilçisinin sükanı arxasına keçib. 2024-cü ilin sentyabrında isə onun dönəmi başa çatıb.

Premyer Liqaya ardıcıl 5 məğlubiyyətlə start vermək sözügedən çalışdırıcının sonunu gətirib.

Bu vəzifəyə gələn Azər Bağırov komandanı düşdüyü ağır böhrandan çıxarıb. Bütün bədbin proqnozları alt-üst edərək, «sarı-göylər»i çempionatda saxlayıb.

Bağırov yeni yönətimlə arasındakı ciddi fikir ayrılıqlarına görə Nizami yurdundan aralanmalı olub.

İdarəçilər verdikləri vədi yerinə yetirməyib, maaşını artırmayıb. Gənc mütəxəssis isə əvvəlkitək 7000 manat məvacib qarşılığında işləmək istəməyib.

Maraqlıdır ki, A.Bağırova «yox» deyən funksionerlər A.Şükürova 2000 manat artıq əməkhaqqı verməyə pul tapıb. Onun ilk dönəmdə də «Kəpəz»də ayda bu qədər pul qazanmasını xatırladaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
3 İyun 02:40 "Problemimiz olmadı"