
Premyer Liqada 2024/25 mövsümünün bombardirinə xüsusi hədiyyə təqdim olunub.
Sportinfo.az xəbər verir ki, Leandro Andrade 15 qolla Premyer Liqada 2024/2025-ci illər mövsümünün ən sərrast futbolçusu seçilib.
Azərbaycan kubokunda 2024/25 mövsümünün final oyunu “Qarabağ” – “Sabah” (2:3) görüşünün ardınca keçirilən mükafatlandırma mərasimində Ağdam klubunun yarımmüdafiəçisinə mükafatı AFFA prezidenti Rövşən Nəcəf, AFFA-nın baş katibi Cahangir Fərəcullayev və Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov təqdim ediblər.