“Neftçi”nin ilk transferi hazırdır – “2+1” illik müqavilə bağlanacaq

1 İyun 19:00 Neftçi 5 045
“Neftçi”nin ilk transferi hazırdır – “2+1” illik müqavilə bağlanacaq

“Neftçi” yay hazırlığı ilə bağlı transfer çalışmalarını gücləndirib.

Komandanın “təmizlənməsi” yolunda ciddi addım atan “ağ-qaralar” 7 futbolçudan canını qurtarmağa nail olub.

Bununla yanaşı, yeni futbolçuların cəlb olunması ilə bağlı çalışmalar davam edir. Və artıq ilk transferin gerçəkləşdiyini deyə bilərik.

Əslən Benindən olan fransalı yarımmüdafiəçi Sessi Oktava Emile D”Almeyda karyerasını “Neftçi”də davam etdirəcək.

Son mövsümü Kiprdə “Apollon”un heyətində keçirən 29 yaşlı dayaq yarımmüdafiəçisi Azərbaycanda oynamağa qarşı deyil. Hətta bizimkilərin təklif etdiyi illik məvacibə “hə” deyib.

Aradakı əmma futbolçunun “Apollon”la müqaviləsinin davam etməsidir. Kiprlilərin “Neftçi”dən tələb etdiyi transfer haqqı bizimkilərin planlarına uyğun deyil. Hazırda məbləğin razılaşdırılması yönündə tamamlama işləri gedir.

Ehtimal olunur ki, tərəflər yaxın 2-3 gün ərzində razılıq əldə edəcək və Sessi paytaxt klubunun mövsümlərarası dönəmdə ilk transferi kimi təqdim olunacaq. Onunla 2+1 şərti ilə müqavilə bağlanması planlaşdırılır.

Benin millisinin aparıcı üzvlərindən olan futbolçu karyerası ərzində Fransa, İngiltərə və Portuqaliya klublarnın formasını geyinib, ötən ilin yayından şərəfini qoruduğu “Apollon”da 33 oyunda şans qazanıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti