
“Arsenal”ın sabiq hücumçusu Tyerri Anri Luis Enrikenin PSJ-dəki işini yüksək qiymətləndirib.
Sportinfo.az “CBC Sports”-a istinadən xəbər verir ki, o, komandanın düzgün istiqamətdə irəlilədiyini söyləyib:
“Bu, onun yoludur. Onun oynamağı xoşladığı kimi oynamalısan, yoxsa getməlisən. Onun nə edəcəyi ilə bağlı fikrini kölgədə qoya bilsən, səni buraxacaq.
Neymar, Verratti – gedə bilərsən. O, Vitinyaya güvənirdi, bilirdi ki, Fabian Ruisə müəyyən göstərişlər versən, yaxşı iş görəcək.
Fabian Ruis millidə və PSJ-də uduzmuş kimi görünürdü. Ona göstərişlər versəz, o, bunları edə bilər.
Bu, onun başqa komanda ilə ikinci treblidir. Bunu yalnız “Barselona” və “Mançester Siti” ilə Pep Qvardiola bacarıb. Düşünürəm ki, onun PSJ ilə bunu etməsi bir az daha dəyərlidir.
Bəli, oyunçu almaq üçün pul var, lakin onlar düzgün istiqamətdə getdilər, düzgün oyunçularla müqavilə imzaladılar və onları bəzi veteranlarla tamamladılar”.
İspaniyalı mütəxəssis 2014/15 mövsümündə “Barselona” ilə ilk treblini qazanıb.
Parislilər dünən finalda “İnter”i 5:0 hesabı ilə məğlub edərək, Çempionlar Liqasının qalibi olublar.