
“Ötən mövsüm cari çempionatdan daha maraqlı idi, çünki avrokuboklara vəsiqə uğrunda son tur həlledici oldu.
Bu da mövsümə ayrıca bir həyəcan qatmışdı.
Amma indi durumlar bəlli olduğundan, futbolçuların bir çoxu da tətil ab-havasındadır. Odur ki, son turlarda keyfiyyətli futbol izləmək qəliz məsələdir.
“Neftçi”də futbolçuların çoxunu qorxu sarıb.
Çünki ciddi islahatların olacağı yeni mövsüm öncəsi bəzilərini hələ indi ayılıblar ki, oynamaq lazımdır. Ancaq unutmasınlar ki, qatar çoxdan gedib”.
Bu açıqlama “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərova məxsusdur.
Tanınmış jurnalist Premyer Liqada başa çatan 35-ci turu dəyərləndirib, maraqlı şərhlərlə diqqət çəkib.
Son turların kifayət qədər maraqsız olduğunu diqqətə çatdıran E.Cəfərov bunun səbələri barədə də danışıb.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN