Fransalı hücumçu ilə müqavilə imzalamaq üçün danışıqlar aparır

2 İyun 2025 15:20 İngiltərə 815
Fransalı hücumçu ilə müqavilə imzalamaq üçün danışıqlar aparır

“Çelsi” “Ayntraxt”ın forvardı Huqo Ekitike uğrunda mübarizədə “Liverpul”u qabaqlayır.

Sportinfo.az “Bild”-ə istinadən xəbər verir ki, London klubu fransalı futbolçu ilə müqavilə imzalamaq üçün danışıqlar aparır.

Daha əvvəl forvardla “Çelsi”, “Liverpul” və “Arsenal” maraqlanıb, lakin indi bu mübarizə iki klub arasında gedir.

Eyni zamanda, “Liverpul” “Bayer”in yarımmüdafiəçisi Florian Virtsin yaxınlaşan transferinə baxmayaraq, Ekitike üçün 100 milyon avro tələb olunan qiyməti ödəməyə hazırdır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti