"Qarabağ"ın yaşadığı çətinliklər: Bunları ilk dəfə eşidəcəksiz - VİDEO

2 İyun 16:00 Qarabağ 341
"Qarabağ"ın yaşadığı çətinliklər: Bunları ilk dəfə eşidəcəksiz - VİDEO

“Qarabağ”da yenə müdafiənin mərkəzində problemlərin olduğunu gördük.

Oyun planında dəyişiklər olub. Əvvəlki oyunlarda Kaşukla Zubir daha çox cinahda yer alırdılar.

Bu matçda isə Zubir və Kadi mərkəzə daha çox istiqamətlənmişdi. Əvəzində isə cinah müdafiəçiləri önə çıxmışdı.

Aydın məsələdir ki, əks-hücumlar zamanı Elvin Cəfərquliyevin böyük məsafəni qət edərək geri dönüşü çətin məsələdir. Cinahları isə Yankoviç sığortalamağa çalışırdı”.

Bu açıqlama “Sportinfo TV”də Azərbaycan kubokunun finalına özəl yayımlanan canlı yayımda səsləndirilib.

Tanınmış jurnalist Elçin Cəfərovun qonağı məşqçi Cavid Hüseynov olub.

“Səbail” və “Şamaxı”nın sabiq çalışdırıcısı “Sabah” - “Qarabağ” matçını (3:2) taktiki cəhətdən dəyərləndirib, Ağdam klubunun toplu və topsuz oyunlarda yaşadığı çətinlikləri dilə gətirib.

Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.

Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.

Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu, FİFA Agentliyi xidmətidir.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti