
AFFA Premyer Liqaya vəsiqə qazanan üç klubdan ikisinə xəbərdarlıq edib.
Söhbət «İmişli» və «Karvan»dan gedir.
Federasiya İmişli və Yevlax təmsilçilərinin ev oyunlarını Bakıda keçirməsinə icazə verməyib. Bununla bağlı təlimat onların diqqətinə çatdırılıb.
Elan olunub ki, komandalar gündəlik məşqlərini paytaxtda keçirə bilərlər, lakin rəqiblərini mütləq bölgədə keçirməlidirlər. Tapşırılıb ki, stadion problemini 2 ay ərzində həll etsinlər.
Elitaya qayıdanlardan yalnız «Qəbələ»nin infrastrukturu qaydasındadır. 2024-cü ildə liqadan düşmüş «qırmızı-qaralar» ötən müddətdə hər şeyi ideal vəziyyətdə saxlayıb.
Digərləri bunu yalnız yuxusunda görə bilər. 16 il sonra güclülər dəstəsinin iştirakçıları sırasında özünə yer etmiş «Karvan»ın meydançası bu səviyyədə çempionat oyunlarını keçirməyə imkan vermir.
«İmişli»nin isə nə stadionu, nə də bazası Premyer Liqaya uyğundur. Kompleks təmirə ehtiyacı var.
SPORTİNFO.AZ