"Aldadır, ona qarşı oynamaq mümkün deyil"

2 İyun 12:00 Çempionlar Liqası 355
"Aldadır, ona qarşı oynamaq mümkün deyil"

İngiltərəli sabiq futbolçu Ouen Harqrivs UEFA Çempionlar Liqasının finalında PSJ ilə “İnter” arasında görüşdən (5:0) sonra Fransa klubunun yarımmüdafiəçisi Vitinya haqda danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu söyləyib:

“Bilirsiz Vitinya mənə kimi xatırladır? Luka Modriçi və siz ona dünyada daha böyük tərif verə bilməzdiz.

Çünki o, ən böyük futbolçulardan biridir. Vitinya Modriç kimi oynayır, sadəcə, rəqibləri aldadır, ona qarşı oynamaq mümkün deyil”.

25 yaşlı portuqaliyalı futbolçu PSJ-yə 2020-ci ilin yayında “Portu”dan keçib. O, son mövsümdə parislilərin heyətində bütün turnirlərdə 52 oyun keçirib, 7 qol vurub və 3 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
18 İyul 18:10 Çək və bizə göndər!