UEFA çempionu cəzalandıracaq - Qadağanı pozublar

2 İyun 01:40 Çempionlar Liqası 202
UEFA çempionu cəzalandıracaq - Qadağanı pozublar

UEFA Çempionlar Liqasının finalında “İnter” üzərində 5:0 hesablı qələbə zamanı və oyundan sonra PSJ azarkeşlərinin davranışına görə Paris klubunu cəzalandıracaq.

Sportinfo.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.

Fransa təmsilçisinin azarkeşləri həlledici oyunda fişənglər yandırıblar. UEFA-nın qaydalarına əsasən, fişənglərin istifadəsi qəti qadağandır.

Bundan əlavə, oyundan sonra azarkeşlərin kütləvi şəkildə meydana daxil olması səbəbilə futbolçular meydanı vaxtından əvvəl tərk edib paltardəyişmə otağına yollanmalı olublar.

Həmçinin, oyundan əvvəl hər iki komandanın azarkeşləri arasında insidentlər yaşanıb.

UEFA-nın İntizam Məcəlləsinə əsasən, klublar stadion ətrafında oyun öncəsi və sonrası daxil olmaqla azarkeşlərin davranışına görə məsuliyyət daşıyır.

Əgər insidentlərin finalın keçirildiyi stadionun yaxınlığında baş verdiyi sübut olunarsa, “İnter” klubu da cəzalandırıla bilər.

Digər Xəbərlər
Xəbər Lenti