Nazir, rəis, baş prokuror, Emin Ağalarov və Qurban Qurbanov millinin oyununda - FOTOLAR

2 İyun 12:40 Dünya çempionatı 5 845
Nazir, rəis, baş prokuror, Emin Ağalarov və Qurban Qurbanov millinin oyununda - FOTOLAR

Azərbaycanın minifutbol millisi Bakıda keçirilən dünya çempionatının qalibi olub.

Sportinfo.az verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv finalda Macarıstan seçməsi ilə qarşılaşıb.

Milli Gimnastika Arenasında baş tutan matç yığmamızın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Millinin heyətində Təmkin Xəlilzadə (2), Məhəmməd Xəlilov (8) və Rəvan Kərimov (10, 29) fərqləniblər.

Qarşılaşmanı izləyənlər arasında dövlət rəsmiləri də olub.

Milli Gimnastika Arenasında keçirilən görüşü baş prokuror Kamran Əliyev, Ali Məhkəmənin sədri İnam Kərimov, Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov, maliyyə naziri Sahil Babayev, xalq artisti Emin Ağalarov və "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov da yer alıb.

Həmçinin oyunun tamaşaçıları arasında xeyli sayda məmurlar və tanınmış simalar da görünüb.

Digər Xəbərlər
Xəbər Lenti
19 İyul 23:20 Portuqaliya klubuna getdi
19 İyul 18:10 Çək və bizə göndər!
19 İyul 16:20 "İmişli" budur - 2:1!