
Bakda təşkil olunan minifutbol üzrə dünya çempionatına bu gün yekun vurulacaq.
Turnirin finalında Azərbaycan yığması meydana çıxacaq.
Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv Macarıstanla üz-üzə gələcək.
Milli Gimnastika Arenasında reallaşacaq qarşılaşma saat 20:00-da başlayacaq.
Komandamız tarixində ilk dəfə dünya çempionu titulunu qazanarsa, nələr olacaq, bilirsiz?
Federasiya tərəfindən hər bir oyunçunu böyük miqdarda mükafat gözləyir - adambaşı 40 min manat civarında!
SPORTİNFO.AZ