
“Mən Portuqaliya millisində çalışan məşqçilərə nəyisə sübut etmək üçün bura gəlməmişəm”.
Bunu Sportinfo.az-a açıqlamasında “Zirə”nin legioneri Rikardo Martins deyib.
“Quima” ləqəbli yarımmüdafiəçi 3 aydan artıqdır ölkəmizdə çıxış edir. Bura Türkiyədən - Birinci Liqa təmsilçisi “İğdır”dan gəlmiş orta sahə oyunçusu Mozambik yığmasını seçməsinin səbəbini dilə gətirib:
“Portuqaliyada əvvəl vəziyyət eləydi ki, yerli çempionatdan yalnız böyük klubların gənc futbolçularına etimad göstərirdilər.
Millinin əksər üzvləri başqa ölkələrdə legioner həyatı yaşayanlar idi. İndiki vəziyyət nisbətən fərqlidir.
O dönəmdə yığmanın formasını geyinmək ən böyük arzum idi. Portuqaliyada bu, mümkün olmadı deyə, Mozambikdən gələn dəvətə müsbət yanaşdım”.