“Ona başa salmaq istəyirdik ki, belə artıq hərəkətlərə yol verməsin”

1 İyun 09:25 Hadisə 1 441
“Ona başa salmaq istəyirdik ki, belə artıq hərəkətlərə yol verməsin”

"Bütün xalqımızı, komanda üzvlərimizi, bizi dəstəkləyən hər kəsi təbrik edirəm. Möhtəşəm qələbə idi".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Elşad Quliyev Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında Monteneqroya 2:1 hesabı ilə qalib gəldikləri dünya çempionatının yarımfinal görüşü haqda deyib.

49 yaşlı mütəxəssis dünya çempionatının finalına vəsiqə münasibətilə keçirdiyi hissləri anlatmaqda çətinlik çəkdiyini bildirib:

"Hamının əllərinə, boğazlarına sağlıq! Çünki bizə çox böyük dəstək oldular.

Ən gözəl hissləri keçiririk. Bundan xoşbəxt gün ola bilməzdi.

Finaldayıq, keyfini çıxartmaq lazımdır. Mundial bizim üçün hələ bitməyib.

Qarşıda final oyunu qalıb. Arzumuz kuboku başımız üzərinə qaldırmaqdır".

Quliyev oyun zamanı baş vermiş insident zamanı rəqib futbolçu və məşqçini sakitləşdirməyə çalışdığını diqqətə çatdırıb:

"Tanıdığımız oyunçudur, özünü yaxşı aparmadı. Baş məşqçini də tanıyırıq, yaxın dostumuzdur.

Başa salmaq istəyirdik ki, belə artıq hərəkətlərə yol verməsin".

Digər Xəbərlər
Xəbər Lenti
2 İyun 02:40 Azərbaycana gəlmədi