
Azərbaycanın minifutbol millisi Bakıda keçirilən dünya çempionatının qalibi olub.
Sportinfo.az xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv finalda Macarıstan lə qarşılaşıb.
Milli Gimnastika Arenasında baş tutan matç yığmamızın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Millinin heyətində Təmkin Xəlilzadə (2), Məhəmməd Xəlilov (8) və Rəvan Kərimov (10, 29) fərqləniblər.
Oyundan sonra mükafatlandırma mərasimi keçirilib. Mundialın qalibi olan Azərbaycan yığması qızıl medal və kubokla təltif edilib.
Mərasimdən görüntüləri təqdim edirik: