Azərbaycan komandası yenə məğlub oldu

2 İyun 2025 03:20 Voleybol 572
Azərbaycan komandası yenə məğlub oldu

Bakıda qadın voleybolçular arasında Avropa Qızıl Liqasının növbəti oyunu keçirilib.

Sportinfo.ıaz xəbər verir ki, Azərbaycan millisi turnirdə ikinci matçında da məğlub olub.

Faiq Qarayevin yetirmələri bu dəfə Sloveniyaya 0:3 hesabı ilə uduzublar.

Komandamız ilk turda isə Macarıstana 0:3 hesabı ilə məğlub olub. Sloveniyalılar da macarlara həmin hesabla qalib gəliblər.

Azərbaycan millisini qarşıda dörd səfər oyunu gözləyir. Yığmamız iyunun 6-da Slovakiya, 7-də Monteneqro, 13-də Xorvatiya və 14-də Rumıniya ilə görüşəcək.

Azərbaycan - Sloveniya 0:3 (16-25, 19-25, 23-25)

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
15 Aprel 18:10 Çək və bizə göndər!
15 Aprel 07:10 Əhalimizin sayı artıb