
“Düzəlməyən işə göndərdilər, adını yarıtmaz qoydular.
Bu, “Kəpəz” üçün yerində işlədilən məsəldir.
Azər Bağırov baş məşqçi təyin olunanda bir çoxları onun komandanı Premyer Liqada saxlayacağına inanmırdı.
Amma komanda nümayiş etdirdiyi futbolla, oyun planı ilə çoxunun rəğbətini qazandı, təkcə “Kəpəz”in yeni rəhbərliyinin yox...
“Neftçi”də isə ciddi islahatlara ehtiyac var. Növbəti mövsümdə hazırki oyunçu qrupu qalacaqsa, indidən “keçmiş olsun” deyək”.
Bu açıqlama “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərova məxsusdur.
Tanınmış jurnalist Premyer Liqada cari mövsümün son turu qarşılaşmalarını dəyərləndirib, xüsusilə Gəncə klubu ətrafında baş verən hadisələrə şərhlər verib.
Son turların kifayət qədər maraqsız olduğunu diqqətə çatdıran E.Cəfərov bunun səbələri barədə də danışıb.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN