
Bu gün "Qarabağ" və "Neftçi" cari mövsüm Premyer Liqada sonuncu oyunlarını keçirəcəklər.
Sportinfo.az xəbər verir ki, sonuncu - XXXVI turda Ağdam təmsilçisi səfərdə "Şamaxı"nın qonağı olacaq.
Şamaxı şəhər stadionundakı qarşılaşma saat 17:00-da başlayacaq.
"Neftçi" isə “Bank Respublika Arena”da "Sabah"la üz-üzə gələcək. Görüşün start fiti saat 19:30-da səslənəcək.
2024/2025 mövsümündə ölkə çempionluğunu rəsmiləşdirən "köhlən atlar" 86 xalla liderdir. "Sabah" 45 xalla beşinci, "Neftçi" 43 xalla altıncıdır. 36 xala malik "Şamaxı" isə yeddinci sırada yer alıb.
Turun açılış oyununda "Sumqayıt" səfərdə "Səbail"ə qalib (4:1) gəlib. Tura mayın 25-də yekun vurulacaq.
17:00. “Şamaxı” – “Qarabağ” 0:1
Qol: Emmanuel Addai, 86
Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Tərlan Talıbzadə, Əkbər Əhmədov.
VAR: Elçin Məsiyev.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Şamaxı şəhər stadionu
"Şamaxı": 62. Abdulla Seydəhmədov 14. Vüsal Məsimov 5. Arsen Ağcabəyov 23. Murad Vəliyev 18. Cəlal Hüseynov (k) 6. Rauf Rüstəmli 82. Rüfət Abbasov 24. Edqar Adilxanov 19. Fəxri Məmmədli 3. Vladislav Veremeyev 33. Alfons Msanqa
Ehtiyat oyunçular: 85. Kamal Bayramov 89. Cəfər Muxtarov 71. Natiq Ağamalıyev 70. Nicat Xasıyev
Baş məşqçi: Ayxan Abbasov
"Qarabağ": 99. Mateus Koxalski 13. Bəhlul Mustafazadə 44. Elvin Cəfərquliyev 27. Toral Bayramov 90. Nəriman Axundzadə 10. Abdullah Zubir (k) 7. Yassin Benzia 8. Marko Yankoviç 9. Kadi Borqes 2. Mateus Silva 21. Aleksey Kaşuk
Ehtiyat oyunçular: 1. Şahrudin Məhəmmədəliyev 97. Fabian Buntiç 55. Bədavi Hüseynov 30. Abbas Hüseynov 22. Musa Qurbanlı 29. Marko Veşoviç 81. Kevin Medina 66. Patrik Andrade 19. Redon Cica 11. Emmanuel Addai
Baş məşqçi: Qurban Qurbanov
19:30. “Sabah” – “Neftçi” 1:0
Qollar: Cesse Sekidika, 64
"Sabah": 92. Stas Pokatilov 10. Namik Ələskərov (k) 9. Anatoli Nuriyev 8. Ayaz Quliyev 5. Rəhman Daşdəmirov 88. Xəyal Əliyev 4. Sofian Çakla 40. İqor Noqeyra 70. Cesse Sekidika 3. Con İrasabal 13. İvan Lepiniça
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev 17. Tellur Mütəllimov 6. Abdulax Xaybulaev 7. Boyan Letiç 18. Pavol Safranko 11. Kahem Parris 12. Vinsent Til 99. Neqoş Kupusoviç 33. Umarali Raxmonaliyev 83. Stefen Ende
Baş məşqçi: Vasili Berezutski
"Neftçi": 93. Rza Cəfərov (k), 10. Filip Ozobiç, 8. Emin Mahmudov, 19. Azər Salahlı, 4. Elvin Camalov, 14. Edvin Kuç, 99. Ervin Koffi, 23. Robert Bauer, 24. Mustafa Sek, 9. Bassala Sambu, 11. Aleks Fernandes.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rustam Samigullin, 17. Rəhman Hacıyev, 90. Ramil Şeydayev, 91. Ağadadaş Salyanski, 22. Dembo Darbo, 88. Andrey Ştoqrin.
Baş məşqçi: Samir Abasov.