Azərbaycan millisi artıq dünya çempionudur!

1 İyun 2025 21:10 Dünya çempionatı 992
Azərbaycan millisi artıq dünya çempionudur!

Azərbaycanın minifutbol millisi Bakıda keçirilən dünya çempionatının qalibi olub.

Sportinfo.az xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv finalda Macarıstan seçməsi ilə qarşılaşıb.

Milli Gimnastika Arenasında baş tutan matç yığmamızın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Millinin heyətində Təmkin Xəlilzadə (2), Məhəmməd Xəlilov (8) və Rəvan Kərimov (10, 29) fərqləniblər.

Daha əvvəl keçirilən üçüncü yer uğrunda matçda Serbiya Monteneqronu (3:0) məğlub edib.

Komandamız qrup mərhələsində Bəhreynlə heç-heçə edib (1:1), Sloveniya və Mavritaniyaya isə qalib gəlib (4:0, 2:0).

Elşad Quliyevin komandası 1/8 finalda son dünya çempionu Rumıniyanı (1:1, pen.- 2:1) üstələyib.

Yığmamız 1/4 finalda İngiltərəni (2:1), yarımfinalda isə Monteneqronu (2:1) məğlub edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti