
Bu gün Premyer Liqada mövsümün sonuncu - 36-cı turuna start verilib.
Sportinfo.az xəbər verir ki, ilk oyun günündə bir görüş keçirilib.
Artıq Premyer Liqanı tərk edəcəyi dəqiqləşən "Səbail" öz meydanında "Sumqayıt"ı qəbul edib. Qarşılaşma qonaqların 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, "dənizçilər" 22 xalla sonuncu - 10-cu yerdə qərarlaşıblar. "Kimyaçılar" isə 33 xalla 8-ci yerə yüksəlib.
Turun digər oyunları isə 24-25 may tarixlərində keçiriləcək.
"Səbail" – "Sumqayıt" 1:4
Qollar: Suleyman Alluş, 21 – Sertan Taşkın, 28. Georgi Xaraişvili, 59-pen. Ronaldo Vaskes, 79. Roi Kehat, 90+1.
Hakimlər: Rəşad Əhmədov , Rahil Ramazanov, Sevda Nuriyeva, Elvin Bayramov
VAR: İnqilab Məmmədov
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
“ASCO Arena”, 19:30
"Səbail": 1. Hüseynəli Quliyev, 96. İlkin Muradov, 11. Rüfət Abdullazadə (k), 19. Samir Abdullayev, 16. Emin Rüstəmov, 67. Rəvan Abasov, 97. Oruc Məmmədov, 88. Hacıəli Şirəliyev, 44. Amir Bilali, 4. Marko Nikoliç, 14. Suleyman Alluş.
Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə, 25. Nicat Məmmədzadə, 22. Mirabdulla Abbasov, 18. Süleyman Əhmədov, 20. Mert Çelik, 83. Nihad Quliyev, 89. Ömər Qurbanov, 8. Qorka Larruçea, 3. Dmitri Litvin, 5. Gitay Sofir, 21. Ayman Buali.
Baş məşqçi: Əbdülqəni Nurməmmədov.
"Sumqayıt": 36. Xəyal Fərzullayev, 2. Sertan Taşkın, 17. Murad Xaçayev (k), 8. Səbuhi Abdullazadə, 21. Nihat Əhmədzadə, 24. Sənan Muradlı, 75. Nadir Orucov, 12. Georgi Xaraişvili, 99. Silvanus Nimeli, 5. Alan Dias, 77. Cəsurbek Cəloliddinov.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 56. Aftandil Arixov, 14. Elvin Bədəlov, 7. Rövlan Muradov, 30. Kamran Quliyev, 20. Ayxan Süleymanlı, 66. Ruslan Əliyev, 97. Vüsal Paşayev, 19. Roi Kehat, 11. Momo Yansane, 23. Ronaldo Vaskes, 9. Bobur Abduholikov.
Məşqçi: Şahin Abdullayev.