İcarəyə götürdükləri tanınmış oyunçu ilə vidalaşmaq qərarına gəldilər

2 İyun 00:10 İngiltərə 176
İcarəyə götürdükləri tanınmış oyunçu ilə vidalaşmaq qərarına gəldilər

”Arsenal”ın yarımmüdafiəçisi Rahim Sterlinq icarə müqaviləsi bitdikdən sonra London klubunda qalmayacaq.

Sportinfo.az “Daily Express”-ə istinadən xəbər verir ki, “topçular” futbolçunun çıxışından narazı qalıb, ona görə də onunla əməkdaşlığı uzatmaq istəmir.

Sterlinqin londonlularla müqaviləsinin müddəti 2027-ci ilin ortalarına kimidir.

30 yaşlı yarımmüdafiəçi 2024/25 mövsümündə 28 matçda iştirak edib, 1 qol vurub və 5 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti