Daha yaxşı şərtlərlə yeni müqavilə imzalamağı planlaşdırır

1 İyun 2025 20:50 İngiltərə 653
Daha yaxşı şərtlərlə yeni müqavilə imzalamağı planlaşdırır

“Çelsi” yarımmüdafiəçi Moyzes Kaysedo ilə yaxşılaşdırılmış şərtlərlə yeni müqavilə imzalamağı planlaşdırır.

Ekvadorlu futbolçunun müqaviləsinin müddətinin uzadılması ilə bağlı məlumatlar mediada bir müddətdir müzakirə olunurdu.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, londonlular yalnız indi bu məsələ ilə bağlı hazırlıqlara başlayıb. Tərəflər arasında danışıqlar yaxın vaxtlarda başlayacaq.

Kaysedo “Çelsi”yə 2023-cü ildə qoşulub və müddəti 2031-ci ilə qədər olan müqavilə imzalayıb.

23 yaşlı futbolçu cari mövsümdə bütün turnirlərdə 45 oyunda meydana çıxaraq, 2 qol vurub və 5 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti