
Premyer Liqanin 2024/25 mövsümündə 43 penalti təyin olunub.
Sportinfo.az xəbər verir ki, 180 matçda təyin olunan onbirmetrlik cərimə zərbələrindən 34-ü qolla nəticələnib.
Mövsüm ərzində təyin edilən penaltilərdə 79 faiz dəqiqlik qeydə alınıb.
“Qarabağ” hamıdan çox – 7 penalti vurub. Bunların hamısı dəqiq olub. “Turan Tovuz” hamıdan çox – 3 imkanı qaçırıb.
Penalti vuran klublar: “Qarabağ” – 7, “Zirə” – 6 (1-i qeyri dəqiq), “Turan Tovuz” – 6 (3), “Sabah” – 5 (1) , “Kəpəz” – 5 (2), “Araz-Naxçıvan”, “Neftçi” – 4, “Sumqayıt” – 3 (1), “Səbail” – 2 (1), “Şamaxı” – 1.
“Şamaxı” hamıdan çox - 7 dəfə penalti ilə cəzalanıb. Bu zərbələrin 6-si qolla nəticələnib.
Penalti ilə cəzalanan klublar: “Şamaxı” – 7 (1), “Səbail” – 6 (1), “Turan Tovuz”, “Sumqayıt”, “Neftçi”, “Kəpəz” – 5 (1), “Qarabağ” – 4 (2), , “Sabah” – 3, “Zirə” - 2, “Araz-Naxçıvan” – 1 (1).
Futbolçular arasında rekordçu Rafael Utziqdir. “Zirə”nin braziliyalı hücumçusu 4 dəfə “ağ nöqtə”dən dəqiq olub.
Yassin Benzia (“Qarabağ”) və Pavol Şafranko (“Sabah”) 3 belə zərbəni qola çevirib. Eyni sayda imkan qazanan Kristian da Silva (“Turan Tovuz”) və Luis Paçu (“Kəpəz”) yalnız bir dəfə dəqiq olub.