Orxan Məmmədov: “Kim bizim qələbəmizi kiçiltmək istəyirsə...”

2 İyun 00:40 Dünya çempionatı 328
Orxan Məmmədov: “Kim bizim qələbəmizi kiçiltmək istəyirsə...”

Xəbər verdiymiz kimi, Azərbaycan millisi Bakıda keçirilən dünya çempionatında Macarıstanı 4:1 hesabı ilə məğlub edərək, dünya çempionu olub.

Sportinfo.az xəbər verir ki, matçdan sonra Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov jurnalistlərin suallarını cavablandırıb:

- Bu, tarixi hadisədir. Hər bir azarkeşə təşəkkürümü bildirirəm. Futbolçularımız yüksək səviyyədə və səhvsiz çıxış etdilər. Ona görə də, bu oyun bizi daha da yüksək yerlərə çatacağımızı göstərir. Bu qələbənin öz azarkeşlərimiz qarşısında baş verməyi bizi daha da çox qürurlandırır.

- Artıq ABŞ səfirliyi də öz sosial şəbəkəsindən millimizi təbrik edib. Bu məqam bizim qələbəmizin nə dərəcədə böyük olduğunu göstərirmi?

- Əlbəttə, bizim qələbəmiz çox böyük bir hadisədir. Bu danılmaz bir faktdır. Biz hələ avropa çempionu olanda Prezident bizi qəbul etməklə qələbəmizin nə dərəcədə əhəmiyyətli olduğunu göstərmişdi. Bizə həmin çempionluqdan sonra maliyyə dəstəyi də ayrılmışdı. Bu dünya çempionatıdır. Burda zəif komanda yoxdur. 32 yığma arasından ilk pillədə olmağımız qürurlandırıcıdır. Kim bizim qələbəmizi kiçiltmək istəyirsə, onları bizim ölkəmizin düşmənləri də adlandırmaq olar.

- Siz, dünya çempionu olmaqla, artıq qarşınıza qoyduğunuz əsas məqsədə çatmısızınızmı? Yoxsa yeni hədəflər varmı?

- Biz cavan federesiyayıq. Ona görə də, hədəflərimiz çoxdur. Minifutbolun başqa səviyyəyə çatdırılmağı, infrastrukturun daha da inkişaf etdirilməsi əsas hədəflərimizdən biridir. Gənclərin də minifutbola daha çox maraq göstərməsi məqsədlərimiz sırasına daxil edilə bilər.

- Orxan müəllim, necə düşünürsüz, bu cür təşkilatçılıqdan sonra FİFA da minifutbolu qəbul edəcəkmi bu cür təşkilatçılıqdan sonra?

- Əlbəttə, biz çalışacağıq ki, FİFA rəsmiləri də bu təşkilatçılığı görsün. Dünya Minifutbol Federasiyası ilə birlikdə bu məsələyə baxılır.

Digər Xəbərlər
Xəbər Lenti