
"Qarabağ"ın legioneri Yassin Benzia "Sabah"a 2:3 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun final matçından öncə mükafatlandırma mərasimində fərqli davranışı ilə seçilib.
Sportinfo.az xəbər verir ki, Əlcəzair millisinin yarımmüdafiəçisi AFFA prezidenti Rövşən Nəcəfin boynuna medal taxmaq istəyini geri çevirib.
O, medalı əlinə götürərək gedib.
Yassin Benzia oyun zamanı aqressiv davranışları ilə seçilib. 120-ci dəqiqədə "Sabah" komandasının qələbə topundan sonra meydana girən 31 yaşlı yarımmüdafiəçi hakimləri təhqir edib.
Bu səbəbdən, Benzia qırmızı vərəqə alıb. Onun "Qarabağ"la müqaviləni uzadılması istiqamətində danışıqlarda razılığa gəlmədiyi və komandanı tərk edəcəyi bildirilir.