“Mançester Yunayted”in hədəfindədir - Portuqaliyalı yarımmüdafiəçi

1 İyun 10:15 İngiltərə 226
“Mançester Yunayted”in hədəfindədir - Portuqaliyalı yarımmüdafiəçi

“Sportinq”in 26 yaşlı portuqaliyalı yarımmüdafiəçisi Pedro Qonçalves “Mançester Yunayted”ə keçə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə “A Bola” nəşri məlumat yayıb.

İngiltərə təmsilçisi portuqaliyalı yarımmüdafiəçi Bruno Fernandesi “Əl-Hilal”a satacağı təqdirdə, Qonçalvesin transferi üçün rəsmi təklif göndərə bilər.

“Sportinq” onu yalnız 80 milyon avro məbləğində transfer qiyməti ödənildiyi halda buraxmağa hazırdır. Əks halda, Lissabon klubu danışıqlara açıq olmayacaq.

Qonçalves 2024/25 mövsümündə bütün turnirlərdə 20 oyuna çıxaraq, 6 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyun 02:40 Azərbaycana gəlmədi